19:23
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda ilk dəfə finala vəsiqə qazanıb.
Milli.Az xəbər verir ki, yığma yarımfinalda İspaniya seçməsi ilə üz-üzə gəlib.
Komanda rəqibini 12:17 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13) üstələyib.
---------
12:22
Azərbaycanın 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda növbəti oyununa bu gün çıxacaq.
Milli.Az xəbər verir ki, yığma 1/4 finalda Polşa seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:25-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14) üstələmişdi.
Milli.Az