Tovuzda ağır qəza - sürücü belə xilas edildi - VİDEO

7 Sentyabr 2025 09:12

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Tovuz rayonunun Qovlar şəhərində yol qəzası barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, FHN-in açıqlamasına əsasən, "Nissan Note" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü - 1994-cü il təvəllüdlü İbrahimova Əfsanə Məhəmməd qızı avtomobildə sıxılı vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Tovuz rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi alətlərin köməyi ilə sürücünü çıxararaq təcili tibbi yardıma təhvil veriblər. Onun müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az