Oğuzdakı qəzada ölən və yaralananların kimliyi bilindi - YENİLƏNİB

7 Sentyabr 2025 00:53

00:53

Oğuz rayonunda baş verən ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimlikləri məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı həyatını itirən qadın Sumqayıt şəhər sakini, 31 yaşlı Arifə Səlimova olub.

Yaralanan şəxs isə Ağdam rayon sakini, 33 yaşlı Aygün Quliyevadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qəzayla bağlı araşdırma davam etdirilir.

--------
23:39

Oğuzda baş verən ağır yol qəzası insan ölümü ilə nəticələnib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İdarəetmədən çıxan "Nissan" markalı minik avtomobili aşıb. Qəza nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, daha bir nəfər isə xəsarət alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimlikləri dəqiqləşdirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az