Aleyna Tilki: “Gündə 17 saat işləyirdim, bədənim kilidləndi, məni ailəmin əlindən almaq istəyirdilər” - FOTO

7 Sentyabr 2025 00:37

Məşhur türkiyəli müğənni Aleyna Tilki, Pembe Yalanlar proqramında uşaq yaşda məşhur olmağın ağır tərəflərindən danışdı. Tilki, hər gün pedaqoqa ifadə verdiyini, hətta üç nazirliyin ailəsinin əlindən almağa çalışdığını bildirib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 16 yaşında "Cevapsız Çınlama" mahnısı ilə musiqi karyerasına başlayan Aleyna Tilki qısa müddətdə geniş kütləyə çatdı. Lakin çox gənc yaşda səhnəyə çıxması həm tamaşaçı marağı, həm də yaşının kiçikliyi səbəbindən cəmiyyətdə mübahisələr doğurdu.

"Hər gün pedaqoqa gedib ifadə verirdim. 'Tacizə məruz qalırsanmı? Geyimləri zorla geyindirirlərmi?' kimi suallarla davamlı sorğu-suala tutulurdum. Üç nazirlik işə keçdi, məni ailəmin əlindən almağa çalışırdılar. Uşaq evi ilə bağlı belə müzakirələr oldu. Bu müddətdə həm mən, həm də ailəm çox stress yaşayırdıq."

Tilki həmçinin səhnə həyatının sağlamlığına ciddi ziyan vurduğunu vurğulayıb:
"Gündə 17 saat işləyirdim. Bir gün bədənim tamamilə kilidləndi, əzələ spazmı keçirdim. Qolumu qaldıra bilmirdim, ayağım güclə hərəkət edirdi. Mənə 'hazırlaş, davam et' dedilər. O an vücudumun artıq siqnal verdiyini hiss etdim."

Aleyna Tilki, uşaqlıqda tanınmağın təkcə psixoloji deyil, həm də fiziki cəhətdən böyük bədəl ödətdirdiyini söyləyib:

"Mənim tək istədiyim mahnı oxumaq idi. Amma uşaq yaşda məşhur olmağın bədəli çox ağır oldu."

Tilki, yaşadıqlarının yalnız səhnə həyatı ilə məhdudlaşmadığını, təhdidlər və tacizlərlə də üzləşdiyini açıqladı:

"Sürücümün telefonuna ölüm təhdidləri gəlirdi. Bəzi məkanlarda mənə taciz etdilər, təhqiramiz sözlər eşitdim. Uşaq yaşda qorunmadım. Bunları yaşamaq asan deyildi, amma ayaqda qalmağı bacardım."

Aleyna Tilki'nin bu açıqlamaları, uşaq yaşda məşhur olan sənətçilərin üzləşdiyi çətinlikləri yenidən gündəmə gətirib.

Lalə Qüdrətova
Milli.Az