"Çirkinsən" sözünə belə cavab verdi: "Qapı zənginə oxşayırsan, hər gələn..."

6 Sentyabr 2025 17:47

Türkiyənin məşhur sənətçiləri Hülya Avşar və Yıldız Tilbə arasında söz atışması yaşanıb.

Milli.Az xəbər verir ki, mediada yayılan məlumatlara görə, Hülya Avşar həmkarı Yıldız Tilbəyə "çirkinsən" deyə irad bildirib.

Bu sözlərə Yıldız Tilbə isə sərt şəkildə cavab verib:
"Sən də qapı zənginə oxşayırsan, gələn vurur".

Müğənnilər arasında baş verən bu qarşılıqlı ittiham sosial şəbəkələrdə sürətlə gündəmə çevrilib. İzləyicilərdən bəziləri mübahisəni "şou dünyasının yeni qalmaqalı" adlandırıb, digərləri isə hər iki sənətçinin belə açıqlamalarla gündəmə gəlməsini tənqid edib.

Hazırda tərəflərdən heç biri qalmaqal barədə əlavə açıqlama verməyib.

Musa 
Milli.Az