Tramp 38 illik müqaviləni ləğv edəcək

6 Sentyabr 2025 18:52

ABŞ Prezidenti Donald Tramp 38 illik silahlara nəzarət müqaviləsinə birtərəfli qaydada yenidən baxmağa hazırlaşır. 

Milli.Az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Xüsusilə, bu, MQ-9 "Reaper" kimi müasir dronların və digər qabaqcıl modellərin digər ölkələrə satışına imkan verəcək.

Qeyd edilir ki, Tramp Səudiyyə Ərəbistanına 100-dən çox "Reaper" PUA-sı satmaq planlaşdırır. Krallıq bu dronları 2025-ci ilin yazında tələb etmişdi.

Milli.Az