Xalq artisti Türkiyədəki villasını SATDI - FOTO

6 Sentyabr 2025 10:19

Xalq artisti Miri Yusif maraqlı açıqlama verib.

Milli.Az xəbər verir ki, Bakıya köçən sənətçi İzmirdə şəhərində olan villasını satdığını etiraf edib.

Miri Yusif ailəsi ilə birgə bir müddət Türkiyədə yaşama səbəbinə də aydınlıq gətirib: 

"Bakını tərk etməmişdim. Mən bu xalqın artistiyəm deyə, Azərbaycanı heç vaxt tərk etməyəcəyəm. Sadəcə uşaqlarımız orada təhsil alırdı. Artıq Bakıdadırlar. Onların təhsili bitmək üzrədir. Düşündük ki, övladlarımız azərbaycanlı olduğu üçün ölkəmizə daha çox lazımdır. Artlq hər bir şey bahalaşıb. Bizim zamanımız da qısalıb, cavanlıq qocalıb. Kənarda heç bir biznesim yoxdur. Mənim ən gözəl dinləyicilərim, izləyicilərim Azərbaycandadır. Sizi qoyub hara gedəcəyəm? Bu, heç vaxt mümkün deyil".

Musa
Milli.Az