"Qalatasaray"ın sabiq müdafiəçisi Ceyson Denayer karyerasını Super Liqada davam etdirməyə yaxındır.
Milli.Az xəbər verir ki, Belçika mətbuatının yaydığı məlumata görə, hazırda azad agent statusunda olan futbolçu ilə "Beşiktaş" danışıqlara başlayıb. Klub Denayerə 2 illik müqavilə və illik 1,5 milyon avro maaş təklif edib. 30 yaşlı oyunçunun bu təklifi müsbət qarşıladığı qeyd olunur.
Denayer son olaraq Səudiyyə Ərəbistanının "Əl Fateh" klubunda forma geyinmişdi.
"Beşiktaş" müdafiə xəttini gücləndirmək üçün daha iki oyunçu ilə - Qabriel Paulista və Feliks Uduokhai ilə yollarını ayırmağa hazırlaşır. Paulistanın Braziliya, Uduokhainin isə Rusiya klublarından təkliflər aldığı bildirilir.
Milli.Az