Bakıdan rayona qonaq getmişdi, öldürüldü - Qayınatası tutuldu

6 Sentyabr 2025 09:10

Şəmkirdə qətl törədilib.

Milli.Az xəbər verir ki, Sarıtəpə kəndində 1993-cü il təvəllüdlü Tural Abdullayev aldığı bıçaq xəsarətindən vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən T.Abdullayevin qayınatası 1968-ci il təvəllüdlü Sənan Əsgərov saxlanılıb.

Bildirilib ki, hadisədən əvvəl T. Abdullayev Bakıdan rayona qonaq gedib və münaqişə də bu zaman baş verib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az