Ronaldo İrəvanda azarkeşlə insident yaşadı - VİDEO

5 Sentyabr 2025 22:10

Məşhur futbolçu Kriştiano Ronaldo Ermənistanda qalmaqda olduğu otelin foyesində xoşagəlməz anlarla üzləşib.

Milli.Az xəbər verir ki, hadisə azarkeşlərdən birinin ulduz futbolçuya yaxınlaşaraq onunla şəkil çəkdirmək istəməsi zamanı baş verib. Ronaldo həmin azarkeşi itələyərək uzaqlaşdırıb.

Futbolçunun bu hərəkəti ətrafdakıların diqqətindən yayınmayıb və qısa müddətdə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.  (Musavat.com)

Milli.Az