Millimiz 5 top fərqlə məğlub oldu - YENİLƏNİB

6 Sentyabr 2025 00:36

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub. 

Milli.Az-ın məlumatına görə, Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

İslandiya millisinin heyətində Viktor Palsson (45+2-ci dəqiqə) fərqlənib. İsak Berqmann Yohannesson isə dubla imza atıb (47 və 56-cı dəqiqələr). Digər qolları Albert Qudmundsson (63-cü dəqiqə) və Kristian Hlinisson (73-cü dəqiqə) Azərbaycan yığmasının qapısından keçirib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını sentyabrın 9-da, Ukrayna millisinə qarşı keçirəcək. Bu görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

-----
İslandiya 74-cü dəqiqədə 5-ci qolunu vurur. Kristian Hlinsson fərqlənir.

------------
İslandiya yığmasının heyətində Albert Qudmundsson fərqlənib - 4:0.

-----------

İsak Berqmann Yohannesso 55-ci dəqiqədə dubl edərək adını yenidən tabloya yazıdırır. 3:0.

--------
47-ci dəqiqədə İsak Berqmann Yohannesso hesab arasındakı fərqi artırır.

-----------
45+1-ci dəqiqədə İslandiya hesabı açır. Palsson komandasını hesabda önə çıxarır.

-----------
Matç başladı.

--------

Bu gün Azərbaycan DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxır.

Milli.Az xəbər verir ki, D qrupunda mübarizə aparan millimiz səfərdə İslandiya yığması ilə üz-üzə gələcək.

Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda baş tutacaq görüşü niderlandlı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi D qurpunda Fransa, Ukrayna və İslandiya yığmaları ilə mübarizə aparacaq.

Komandaların start heyətləri açıqlanıb:

İslandiya: 1. Elias Rafn Olafsson, 3. Daniel Leo Qretarsson, 5. Sverrir İnqason, 4. Viktor Palsson, 23. Mikael Ellertsson, 7. Hakon Haraldsson (k), 8. İsak Berqmann Yohannesso, 16. Stefan Tordarson, 10. Albert Qudmundsson, 11. Yon Daqur Torsteinsson, 22. Andri Qudyonsen Ehtiyat oyunçular: 12. Hakon Valdimarsson, 13. Anton Eynarsson, 2. Loqi Tomasson, 6. Gisli Tordarson, 9. Saevar Atli Maqnusson, 14. Torir Yohann Helqason, 15. Villum Villumsson, 17. Brinyolfur Villumsson, 18. Mikael Anderson, 19. Byarki Steinn Byarkason, 20. Kristian Hlinsson, 21. Daniel Qudyonsen

Baş məşqçi: Arnar Qunnlauqsson

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rəhman Daşdəmirov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 3. Elvin Cəfərquliyev, 13. Abbas Hüseynov, 6. Səbuhi Abdullazadə, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov (k), 10. Mahir Emreli, 19. Nəriman Axundzadə Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 21. Qismət Alıyev, 18. Cəlal Hüseynov, 5. Anton Krivotsyuk, 16. Ceyhun Nuriyev, 7. Anatoli Nuriyev, 11. Ozan Can Kökçü, 9. Renat Dadaşov, 17. Toral Bayramov, 22. Musa Qurbanlı, 15. Xəyal Əliyev

Baş məşqçi: Fernandu Santuş

Milli.Az