Bakıda ağır qəza - tıxac yarandı - FOTO

5 Sentyabr 2025 20:49

Yasamal rayonu, Bakı Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaranıb. Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Milli.Az