Horadiz-Ağbənd dəmir yolunun illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq.
Trend-in Zəngilan rayonuna ezam olunmuş müxbirinin məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu üzrə tikinti işləri 3 mərhələdə həyata keçirilir: "259 suötürücü boru, 39 körpü, 4 heyvan keçidinin, 5 yölötürücü və üst keçid, 7 alt keçidin tikintisi yekunlaşıb.
Hazırda 4 ədəd tunelin, 1 ədəd körpünün, 1 ədəd qalereyanın və 3 ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam edir".
"İşlər başa çatdıqda illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq", - deyə B. Hacıyev vurğulayıb.
Milli.Az