18 yaşlı güləşçi qıza maşın hədiyyə edildi

6 Sentyabr 2025 08:24

NBA əfsanəsi və analitik Şakil O'Nil 18 yaşlı güləşçi Tamara Hamfrisə avtomobil hədiyyə edib.

Milli.Az xəbər verir ki, O'Nil Tamaranın nəqliyyat problemi səbəbindən məşq və yarışları qaçırdığını öyrənərək ona 2025-ci il "Mitsubishi Outlander" bağışlayıb.

Gənc idmançı sosial şəbəkədə minnətdarlığını bildirib:

"Məşqlərə gedə bilmirdim, turnirləri qaçırırdım. İndi isə Şak mənə avtomobil verdi. Dəstəyiniz üçün təşəkkür edirəm, sizi məyus etməyəcəyəm".

Asya
Milli.Az