Bu yapon maşın markaları ABŞ bazarını tərk edə bilər

5 Sentyabr 2025 16:48

Bəzi yapon avtomobil istehsalçılarına ABŞ bazarını tərk etmək təhlükəsi var.

Milli.Az xəbər verir ki, "Reuters"in məlumatına görə Mitsubishi, Mazda və Subaru ABŞ bazarından çıxa bilər.

ABŞ prezidenti Donald Trampın yapon avtomobillərinə tətbiq olunan gömrük rüsumlarını 27,5 faizdən 15 faizə endirməsinə baxmayaraq, bəzi yapon avtomobil istehsalçılarını ciddi çətinliklər gözləyir.

Ekspertlərin fikrincə, Toyota və Honda kimi nəhəng brendlərlə müqayisədə Mitsubishi, Mazda və Subaru rüsum təzyiqinə daha az dözümlüdür. Onlar ya qiymətləri artırmalı, ya da bəzi modellərin satışını dayandırmalı olacaq. Hətta ABŞ bazarından tamamilə çəkilmək variantı da istisna edilmir.

İsmayıl
Milli.Az