Rəqsanənin ərindən ürək parçalayan PAYLAŞIM: "Qızım Mihrimahın... - VİDEO

5 Sentyabr 2025 11:23

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov sosial şəbəkədə paylaşımı ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, o, "TikTok" hesabında qızları Mihrimahın ifa etdiyi mahnını izləyicilərlə bölüşüb.

Paylaşımına isə həyat yoldaşına sevgisini ifadə edən sözlər əlavə edib:

"Qızım Mihrimahın anasının doğum günündə ifa etdiyi mahnı. Gələcək doğum günündə bir yerdə olmaq diləyi ilə. Sənsiz çox darıxıram".

Əmiraslanov paylaşımında ailə dəyərlərinə xüsusi önəm verdiyini vurğulayaraq Rəqsanəyə olan dəstəyini bir daha nümayiş etdirib. Sosial şəbəkə istifadəçiləri isə həmin görüntünü müsbət qarşılayaraq cütlüyə xoş arzular ünvanlayıblar.

Qeyd edək ki, cinayət işi Sabunçu Rayon Polis İdarəsinin İstintaq İdarəsində istintaq olunur. Rəqsanə və ərinə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. Dəymiş ziyan ödənilmədiyi halda bu maddə ilə təqsirli bilinən şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Hüseyn
Milli.Az