Müəllimlərin nəzərinə - Müsahibə nəticələri açıqlandı

5 Sentyabr 2025 09:38

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bu barədə Milli.Az-a Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Milli.Az