11:18
Şahbuzda istirahət mərkəzində su üzərində olan - əldə hazırlanmış platformanın aşması nəticəsində ölən şəxslərin adları məlum olub.
Milli.Az xəbər verir ki, hadisə zamanı 1983-cü il Hüseynova Sevinc Abdulla qızı, onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı və nənə, 1947-ci il təvəllüdlü Məmmədova Səbinə Xəlil qızı vəfat edib.
Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində faciə baş verib. İstirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində 3 nəfər ölüb.
İstirahət mərkəzində olanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb.
09:19
Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində gölməçə üzərində olan platforma aşıb, ölənlər var.
Milli.Az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
Belə ki, ailənin 2 üzvü hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib.
Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Baş verən hadisələrlə bağlı araşdırma aparılır.
Milli.Az