79 yaşlı Ajda Pekanın üz mimikası MÜZAKİRƏ YARATDI - VİDEO

5 Sentyabr 2025 09:07

Müğənni Ajda Pekkan yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, onun üzündəki dəyişikliklər sosial şəbəkə izləyicilərinin diqqətindən yayınmayıb.

İzləyicilər bu fərqliliyi məşhur sənətçinin növbəti estetik müdaxilələrlə əlaqələndiriblər. Bir çoxları Ajda Pekkanın hər zaman gənc görünmək istəyi səbəbindən bu cür addımlar atdığını qeyd edib.

Qeyd edək ki, "Superstar" ləqəbi ilə tanınan Ajda Pekkan uzun illərdir səhnədə aktiv fəaliyyət göstərir və görünüşünə xüsusi önəm verməsi ilə seçilir.

Onun yeni görüntüsü isə sosial mediada daha bir geniş müzakirələrə səbəb olub.

Musa 
Milli.Az