İki uşağı arasındakı fərqin səbəbi olduqca maraqlıdır - VİDEO

5 Sentyabr 2025 07:07

Son günlər sosial mediada yayılan bir video valideynlər arasında böyük müzakirələrə səbəb olub. Xaricdə yaşayan bir ana, biri süni qida, digəri isə ana südü ilə bəslənən iki övladı arasındakı fərqləri izləyicilərlə paylaşıb.

Ananın paylaşdığı görüntülərdə süni qida ilə bəslənən uşağın daha qısa boylu və arıq, ana südü ilə bəslənən uşağın isə daha uzun boylu və kök olduğu aydın şəkildə görünür.

Bu görüntülər, ana südünün uşaq inkişafındakı rolu barədə müzakirələri yenidən alovlandırıb. Mütəxəssislər uzun illərdir ana südünün körpələrin həm fiziki, həm də immun sisteminin inkişafı üçün ən vacib qida mənbəyi olduğunu vurğulayırlar.

Lalə Qüdrətova
Milli.Az