Bakıda toy yasa döndü - oğlan faciəvi şəkildə öldü

4 Sentyabr 2025 20:18

Bakıda toyda ölüm hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən şadlıq evlərindən birində qeydə alınıb.

Toy məclisində rəqs edən, 1988-ci il təvəllüdlü Tural Musayevin vəziyyəti qəfildən pisləşib. Şadlıq evinə təcili yardım çağırılsa da onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (lent.az)

Milli.Az