Ağır QƏZA: yaralıların 5-i uşaqdır

4 Sentyabr 2025 18:11

Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı və xəsarət alanların adları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 12:00-da Hamarqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Cəlal Naqiyevin idarə etdiyi 90-EN-092 dövlət nömrə nişanlı "Mercedes-Benz" və Mirtofiq Cəfərovun idarə etdiyi 44-BX-470 dövlət nömrə nişanlı VAZ-21099 markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində xəsarət alan sərnişinlərin adları məlum olub:

1997-ci il təvəllüdlü Sevda Cəfərova, 2022-ci il təvəllüdlü Ləman Hüseynova, 2025-ci il təvəllüdlü Mənsumə Cəfərova, 2016-cı il təvəllüdlü Mələk Cəfərova, 2018-ci il təvəllüdlü Mirşahin Cəfərov və 2019-cu il təvəllüdlü Mirkazım Cəfərovdur.

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıblar.

Milli.Az