Geri çağırılan səfir kimdir? - FOTO

4 Sentyabr 2025 17:57

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynov vəzifəsindən geri çağırılıb. 

Milli.Az xəbər verir ki, Hüseyn Hüseynov 1977-ci ildə Bakıda anadan olub.

1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu "beynəlxalq münasibətlər" ixtisası üzrə, 2000-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib.

H. Hüseynov 2021-ci ilin aprelində Bolqarıstana səfir göndərilmişdi. Bundan öncə isə o, XİN-in Strateji Araşdırmalar İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

Diplomat Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır. Cütlüyün iki övladı var.

Qeyd edək ki, L. Abdullayeva 2022-ci ildən Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiridir. 

Milli.Az