Putindən Peskova: "Tənbəl" işləmək istəmir

4 Sentyabr 2025 20:47

Putin Peskovu "tənbəl" adlandırıb.

Rusiya Prezidenti Vladimir Putin Çinə səfərindən sonra keçirdiyi mətbuat konfransında Kremlin sözçüsü Dmitri Peskovu zarafatla tənbəl adlandırıb.

Milli.Az xəbər verir ki, müsahibədə jurnalistlərin sualları davam etməsinə Peskov müdaxilə edib: "Vladimir Vladimiroviç, bu, uzun müddət davam edə bilər". 

Putin isə Peskovun müdaxiləsinə belə reaksiya verib: "Xeyr, indi bitirəcəyik. Tənbəl, işləmək istəmir. Yaxınlıqda dayanıb tənbəldir". ("Qafqazinfo")

Milli.Az