Türkiyəli aktrisa Zeynep Tuğçe Bayat ana olduqdan sonra fit görünüşü ilə diqqət mərkəzinə düşüb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu il övladını dünyaya gətirən və oğluna **Atlas** adını verən aktrisa hazırda çimərlikdə istirahət edir.
Bayat istirahət anlarını əks etdirən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Aktrisanın bikinisi və rəngarəng kombinləri isə izləyicilər tərəfindən maraqla qarşılanıb. Paylaşımlarından birində o, şəkillərə "Mavi, yaşıl və yay" qeydi ilə şərh yazıb.
Musa
Milli.Az