Səmayyə Nəzərova vəfat etdi

4 Sentyabr 2025 14:11

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsinin təsviri incəsənət və onun tədrisi texnologiyası kafedrasının müəllimi Səmayyə Xeyrulla qızı Nəzərova dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Pedaqoji Universiteti məlumat yayıb.

Bildirilib ki, 2022-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim kimi çalışıb.

Milli.Az