“Fənərbağça”nın yeni baş məşqçisi o oldu

4 Sentyabr 2025 13:04

"Fənərbağça"nın yeni baş məşqçisi məlum olub.

Milli.Az xəbər verir ki, "sarı-lacıvərdlilər"i yenidən İsmail Kartal çalışdıracaq.

Bu barədə jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.

Bu, onun İstanbul nəhəngində 4-cü dönəmi olacaq.

İ. Kartal bu gün keçiriləcək klub rəhbərliyinin iclasından sonra rəsmən açıqlanacaq. /Offsideplus.az

Milli.Az