Bu gün "Operativ Media" xəbər platformasının fəaliyyətə başlamasından 5 il ötür.
Portal 4 sentyabr 2020-ci ildə yaradılıb və qısa müddət ərzində rəsmi sosial şəbəkə hesabları ilə birlikdə populyarlaşıb.
"Operativ Media" xüsusən Vətən müharibəsi dövründə informasiya müharibəsində fasiləsiz fəaliyyət göstərib və bu müddət ərzində dəqiqliyi, qərəzsizliyi və operativliyi ilə seçilərək etibarlı xəbər mənbəyinə çevrilib.
Məhz bunun nəticəsidir ki, "Operativ Media" ölkə hüdudlarından da kənarda böyük auditoriya toplaya bilib.
Beş yaşlı media subyektinin istehsal etdiyi hər bir informasiyanın operativmedia.az domeni üzərindən yüzminlərlə oxucuya, sosial şəbəkə səhifələri üzərindən isə milyonlarla izləyiciyə əlçatanlığı təmin edilib.
Bu gün "Operativ Media" və ona məxsus sosial şəbəkə səhifələri həm yerli, həm də xarici nüfuzlu şəxslərin - siyasətçilərin, dövlət və mədəniyyət xadimlərinin, hökumət üzvlərinin, politoloqların və s. daimi oxucusu olduğu media subyektinə çevrilib.
Sayt gün ərzində ölkədə və dünyada baş verən ictimai, siyasi, mədəni və iqtisadi hadisələri oxuculara çatdırır. Eksklüziv açıqlamalar, maraqlı müsahibələr və müxtəlif mövzuları əhatə edən reportajlarla oxucuların görüşünə gəlir.
"Operativ Media" Medianın İnkişafı Agentliyinin elan etdiyi dəstək layihələri üzrə keçirilən müsabiqələrdə 2025-ci ildən etibarən qalib gələrək fəaliyyətini daha da genişləndirib.
Sayt bütün dövlət qurumları, eləcə də qeyri-hökumət təşkilatları və özəl kommersiya təşkilatları ilə sıx əməkdaşlıq edir.
"Operativ Media" sıx əməkdaşlığa və səmərəli fəaliyyətinə görə bir çox özəl və dövlət qurumları tərəfindən dəfələrlə müxtəlif mükafatlara layiq görülüb və təltif edilib.
"Operativ Media Qrup" beş yaşı münasibətilə yeniliyə imza ataraq 4 sentyabr 2025-ci il tarixində öz məhsulu olan "Orfobot" süni intellekt əsaslı teleqram botunu ictimaiyyətə təqdim edir.
Bu bot vasitəsilə oxuculara dilimizdəki sözlərin Azərbaycan dilinin orfoqrafiya lüğətində mövcud olub-olmadığını müəyyənləşdirmək imkanı yaradılıb.
Bota buradan keçid edə bilərsiniz: https://t.me/orfoqrafiyabotu/
Operativ Media-ya məxsus bütün hesablar: https://linktr.ee/operativmedia
Milli.Az