Bu diet "köklük geni"ni "söndürür"

4 Sentyabr 2025 12:00

Medi­ter­ran diyeti piylənmə və diabet riskini azaldır.

Milli.Az-ın məlumatına görə genetik mütəxəssis İrina Kolesnikova "gazeta"ya açıqlamasında bildirib ki, Medi­ter­ran diyeti bəzi genləri "söndürərək" piylənmə və 2-ci tip diabet riskini azalda bilər.

Diyetin əsas prinsipləri arasında tərəvəz, meyvə, göyərti, qoz-fındıq, zeytun yağı, dəniz məhsulları, tam taxıllar və məhdud miqdarda süd məhsulları var.

Diyetin əsas prinsipləri:

Tərəvəz və meyvələr
Yaşıl yarpaqlı bitkilər və göyərti
Qoz-fındıq və digər çərəzlər
"Yaxşı" yağlar - məsələn, zeytun yağı
Dəniz məhsulları və balıq - ət isə az miqdarda
Tam taxıllar - çörək, makaron
Məhdud miqdarda süd məhsulları - pendir, qatıq

Kolesnikova vurğulayıb ki, bəzi genlər - FTO, MC4R və TCF7L2 - piylənmə, aclıq hissi və diabet riskini artırır. Medi­ter­ran diyeti isə bu riskləri minimuma endirməyə kömək edir və metabolizmi yaxşılaşdırır.

Ekspert əlavə edib ki, hər hansı diyetə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

İsmayıl
Milli.Az