Şorbanı soyuducuda 3-5 gün təhlükəsiz saxlamaq olar.
Milli.Az xəbər verir ki, bunu biyoloq Asiyat Abdullayeva "gazeta"ya bildirib.
Onun dediyinə görə şorbanın saxlanma müddəti tərkibindən və soyuducuda saxlama şəraitindən asılıdır.
Mütəxəssis qeyd edib ki, şorba iki saatdan çox otaq temperaturunda qalmamalı, sonra +4°C və ya daha aşağı temperaturda saxlanmalıdır. Hər dəfə qaynatmaq saxlanma müddətini 1-2 gün uzada bilər, lakin çox isitmək dad və qida dəyərini azaldır.
Uğurlu saxlama üçün şorbanı kiçik porsiyalara bölmək və konteyneri kip bağlı saxlamaq tövsiyə olunur. Əgər şorba 5 gündən çox saxlanacaqsa, onu 2-3 ay müddətinə dondurmaq daha məqsədəuyğundur.
Mütəxəssis vurğulayır: şorbanın dadı, qoxusu və rəngi şübhəli görünürsə, onu yeməkdən çəkinmək lazımdır.
İsmayıl
Milli.Az