Azərbaycanda bu valyutalar ucuzlaşdı

4 Sentyabr 2025 09:38

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Milli.Az xəbər verir ki, sentyabrın 2-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0.0413 manat olub, Rusiyanın 100 rublu 2.0993 manatadək ucuzlaşıb, avro isə ucuzlaşaraq 1.9807 manat təşkil edib.

Milli.Az