Rusiyada 5 ballıq zəlzələ oldu

4 Sentyabr 2025 00:55

Rusiyanın Kamçatka bölgəsində 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 223 kilometr aralıda, 45 kilometr dərinlikdə yerləşib.

Milli.Az