Avstraliyalı xəzinə axtarıcısı Tayler Mahoney, boş ərazilərdə qazıntı apararaq dəfələrlə külçə şəklində qızıl tapması ilə gündəmə gəlib. Mahoney, qatıldığı bir YouTube yayımında qızıl xəritəsini və işlədiyi şəhərləri izləyicilərlə bölüşüb. O, son olaraq dəyəri 5 milyon lirə olan qızıl tapdığını açıqlayıb.
Tayler Mahoney bəzən tək, bəzən isə qardaşı ilə birlikdə qızıl axtarışına çıxdığını, bunun artıq onun üçün bir peşəyə çevrildiyini deyib. Sevimli şəhərlərindən danışan Mahoney, xəzinə ovçularını həyəcanlandıracaq məlumatlar da paylaşıb.
Uzun illərdir qazıntılar aparan Mahoney, qızılın ən çox tapıldığı bölgələri də sadalayıb. Onun sözlərinə görə, Boliviya, Peru, Yeni Zelandiya, Kanada və Alyaska bu sahədə öndə gəlir. Mahoney, xüsusilə təbiəti və yerli mədəniyyəti ilə seçilən Yukon/Dawson Cityni ən çox sevdiyi bölgə kimi göstərib. ABŞ-də isə Nevada, Kaliforniya və Alyaska qızıl çıxan mühüm ərazilər arasında yer alır.
Mahoney həmçinin qardaşı ilə birlikdə bir təpədə dəyəri təxminən 100 min dollar olan qızıl mənbəyi (ironstone lode) tapdıqlarını da açıqlayıb. Onun sözlərinə görə, adətən allüvial qızıl (azad dənəciklər) axtarılır. Böyük qızıl parçaları "nugget prəmiyası" səbəbilə xam halda satılır, incə qızıl isə xırdalanaraq, cihazlarla ayrıldıqdan sonra külçə halına gətirilərək zərbxanaya göndərilir.
Lalə Qüdrətova
Milli.Az