Daha bir ölkədə səfirliyimiz açılacaq

3 Sentyabr 2025 15:05

Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək.

Milli.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

"Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi komitədə müzakirə ediləcək.

Milli.Az