Rusiyada yenə güclü zəlzələ oldu

3 Sentyabr 2025 13:21

Rusiyanın şərq hissəsində yerləşən Kamçatka bölgəsində güclü zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, yeraltı təkanların maqnitudası 6 bal gücündə olub.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən təxminən 233 kilometr aralıda yerləşib. Bildirilir ki, təkanlar yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Asya
Milli.Az