"Qazlı su içən qızlarda "bığ" çıxır" - Həkim

24 Noyabr 2025 16:50

Həkim qızlarda və qadınlarda üz tüklərinin əsas səbəbini açıqlayıb.

Milli.Az xəbər verir ki, rusiyalı həkim Olqa Bratçikova bildirib ki, qızlarda üz tüklərinin çıxmasının əsas səbəbi düzgün olmayan qidalanma və hərəkətsiz həyat tərzi nəticəsində başlayan zəncirvari reaksiyadır.

"Həddindən artıq qazlı şirniyyat içkiləri, sadə karbohidratlar, fast-food və çox kalorili qidaların davamlı qəbulu orqanizm hüceyrələrinin insulini "eşitməməsinə" səbəb olur. İnsulin normalda qlükozanı hüceyrələrə daxil edərək enerji əldə etməyə kömək edir. Bu vəziyyət insulinə qarşı müqavimət (insulin rezistensiyası) adlanır. Qan şəkərini azaltmaq və müqaviməti "dözmək" üçün pankreas çox miqdarda insulin istehsal etməyə başlayır. Yüksək insulin səviyyəsi yumurtalıqları kişi cinsi hormonları istehsal etməyə təşviq edir. Əsas androgen isə testesterondur. Nəticədə qızlarda üz tükləri görünə bilər", - həkim izah edib.

Testesteron həmçinin terminal (qalın, tünd) tüklərin böyüməsinə cavabdehdir və bunlar adətən üst dodaq (bığ), çənə, döş və qarın nahiyəsində çıxır. Bu hal hirsutizm adlanır.

"Hələ ki, piylənmə və insulin rezistensiyası bu problemin əsas səbəbləri sayılır, lakin digər amilləri də istisna etmək olmaz. Tüklərin həddindən artıq çıxması polikistoz yumurtalıq sindromu (PCOS) nəticəsində də meydana gələ bilər. Bu endokrin xəstəlikdə hirsutizm, nizamsız menstrual dövrlər və akne müşahidə olunur. Həmçinin adrenal vəzi doğuşdan olan qeyri-adi formaları androgenlərin artıq istehsalına səbəb ola bilər", - həkim qeyd edib.

Əgər bu problem sizi narahat edirsə, endokrinoloq və ya ginekoloq-endokrinoloqa müraciət etmək lazımdır. Həkim adətən hormonlar, globulin, acqarına qan şəkəri və digər testləri təyin edəcək.

İsmayıl
Milli.Az