23:41
Sabah İmişli rayonunda 800-ə yaxın abonentin qazı kəsiləcək.
Məlumata görə, rayonun Qaralar kəndində yaşayan vətəndaşa məxsus torpaq sahəsinin qarşısından keçən 108 mm-lik qaz kəmərinin podratçı təşkilat nümayəndələri tərəfindən yerinin dəyişdirilməsi məqsədilə əlaqədar saat 14:00-dan etibarən işlər başa çatanadək Qaralar kəndində (ümumi 780 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
---------
18:36
Nərimanov rayonu, H.Əliyev prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar 04.09.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə H.Əliyev prospektində, A.M.Cümə, N.Hacıyev, Ə.Əliyev, A.Nemətulla, O.Əliyev və Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
-------------
10:26
Sumqayıt şəhərində qaz təchizatı məhdudlaşdırılacaq.
Bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, şəhərin 6, 17 və 18-ci mikrorayonlarında, həmçinin 9, 34 və 48-ci məhəllələrində balans qovşaqlarının analizi ilə əlaqədar olaraq sentyabrın 3-də saat 11:30-dan etibarən 3 min 800 abonentin qaz təchizatı dayandırılacaq.
Qaz təchizatının bərpası aparılan işlər yekunlaşdıqdan sonra təmin ediləcək.
Milli.Az