Smayla görə tələbəni həbs etdilər

22 Noyabr 2025 15:30

Moskvada tələbə emoji səbəbi ilə həbs olunub.

Milli.Az xəbər verir ki, Moskvanın Taqanski rayon məhkəməsi tələbəni messencerdə ekstremist simvol istifadə etdiyinə görə 15 sutkalıq həbs edilib.

O, Rusiyada qadağan olunmuş terror təşkilatı olan əl-Qaidə bayrağını göstərən emojini açıq şəkildə paylaşıb.

Qeyd olunur ki, bundan əvvəl həmin şəxs səs-küylü davranışa görə beş sutka həbs olunmuşdu. O, polis bölməsinə gətiriləndə aqressiv hərəkətlər göstərib. Orada tələbə günahını etiraf edib və qeydiyyatı dostu ilə spirtli içki ilə qeyd etdiyini izah edib. Həmin hadisələri isə yaxşı xatırlamadığını bildirib.

Bu hadisə sosial mediada geniş müzakirə mövzusu olub.

İsmayıl
Milli.Az