Röya atasının vəfatından sonra ilk dəfə belə GÖRÜNTÜLƏNDİ - VİDEO

3 Sentyabr 2025 10:27

Xalq artisti Röya Ayxan atasının vəfatından sonra ilk dəfə səhnəyə çıxıb.

Milli.Az xəbər verir ki, pop ulduzun həmkarı Tunar Rəhmanoğlu ilə səhnə aldığı konsert proqramı onun sənətsevərləri üçün həm duyğulu, həm də yaddaqalan anlarla yadda qalıb.

Məlum olduğu kimi, sənətçinin atası bir müddət əvvəl dünyasını dəyişmişdi. Bu səbəbdən Röya müəyyən müddət səhnə fəaliyyətindən uzaq qalmışdı. Lakin ifaçı pərəstişkarlarının istəyini nəzərə alaraq yenidən səhnə alıb.

Ulduzun bu çıxışı sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İzləyicilər sənətçiyə dəstək mesajları göndərərək onun güclü duruşunu və peşəkarlığını yüksək qiymətləndiriblər.

Musa 
Milli.Az