Böyük Britaniya bu tələbələri deportasiya edəcək

3 Sentyabr 2025 10:07

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi viza müddəti bitdikdən sonra ölkədə qalmağa davam edən xarici tələbələri deportasiya edəcək.

Milli.Az xəbər verir ki, bu haqda məlumatı daxili işlər naziri Yvette Kuper verib.

O bildirib ki, bəzi xarici tələbələr ölkələrindəki şərtlər dəyişməməsinə baxmayaraq, sığınacaq üçün müraciət edib.

"Əsl qaçqınlara lazımi dəstəyi verəcəyik. Lakin vəziyyət dəyişməyibsə, tələbələr təhsillərinin sonunda sığınacaq üçün müraciət etməməlidirlər", - o bildirib.

Məlumata görə, Daxili İşlər Nazirliyi 10.000 xarici tələbəyə vizalarının bitmək üzrə olduğu barədə mesaj göndərib.

Milli.Az