55 yaşlı kişi faciəvi şəkildə öldü

3 Sentyabr 2025 09:57

Gədəbəy sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

Milli.Az xəbər verir ki, 1970-ci il təvəllüdlü Yaqub Yolçuyev qayalıq ərazidən yıxılaraq ölüb. 

O, yaxınlıqdakı insanların yardımı ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma başlanılıb.

Milli.Az