“Vaşinqton artıq cinayətdən azaddır”

2 Sentyabr 2025 17:53

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda cinayət üzərində qələbə qazanıldığını bəyan edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Milli Qvardiya üzvləri ölkənin paytaxtı Vaşinqtonu 12 gün ərzində cinayətdən azad edib:

"Vaşinqton artıq cinayətdən azad zonadır".

Xatırladaq ki, avqustun 11-də D.Tramp artan cinayət halları ilə mübarizə üçün Milli Qvardiya dəstələrinin Vaşinqtona göndəriləcəyini açıqlamışdı.

Milli.Az