Məktəbli qız faciəvi şəkildə öldü

2 Sentyabr 2025 13:43

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az xəbər verir ki, rayonun Əsrik Cırdaxan kənd sakini 2016-cı il təvəllüdlü Nilay Abdullazadəni maşın vurub. Azyaşlı xəstəxanaya çatıdırlsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. 

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma başlanılıb.

Milli.Az