Amerikalı ssenari müəllifi, rejissor, prodüser və aktyor, Scott Spiegel 67 yaşında vəfat edib.
Milli.Az xəbər verir ki, Spiegel xüsusilə Sam Raimi ilə əməkdaşlığı ilə tanınır. Onlar birlikdə 1987-ci ildə çəkilən "Evil Dead II"nun ssenarisini yazıblar. Spiegel həmçinin "Intruder" (1989) filminin rejissoru olub. Onun digər tanınmış işlərinə "From Dusk Till Dawn 2: Texas Blood Money" (1999), "Hostel" (2005) və "Doctor Strange in the Multiverse of Madness" (2022) daxildir.
Spiegelin ölüm səbəbi ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
İsmayıl
Milli.Az