Türkiyənin "Fənərbağça" klubunun gənc futbolçusu Yusuf Akçiçək karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Milli.Az xəbər verir ki, 19 yaşlı müdafiəçi "Əl-Hilal"la 2029-cu ilədək müqavilə imzalayıb.
Bu transferdən İstanbul təmsilçisi 22 milyon avro gəlir əldə edib.
Müqaviləyə əsasən, "Əl-Hilal" gələcəkdə Yusuf Akçiçəyi başqa kluba satarsa, əldə olunan məbləğin 15 faizi "Fənərbağça"ya veriləcək.
Hüseyn
Milli.Az