Tanınmış aktrisa canlı yayımda huşunu itirdi - VİDEO

2 Sentyabr 2025 09:51

Tanınmış aktrisa Burcu Binici canlı yayımda huşunu itirib.

Milli.Az bildirir ki, hadisə zamanı aparıcı və tamaşaçılar da həyəcan yaşayıblar.

Ona dərhal tibbi yardım göstərilib. Aktrisa sosial şəbəkədə paylaşım edərək vəziyyəti ilə bağlı açıqlama verib. "Məndə doğuşdan ürəyimdə ritm nizamsızlığı var. Bu səbəbdən qısa müddətlik huşumu itirdim. Təcili yardım əməkdaşları ilkin müdaxilə etdilər. Vəziyyətim yaxşı oldu, hər şey yoluna düşdü, narahat olmayın", - deyə aktrisa bildirib.

İsmayıl
Milli.Az