İkardinin Kerem Aktürkoğlu paylaşımı gündəm yaratdı - FOTO

2 Sentyabr 2025 00:21

Qalatasarayın hücumçusu Mauro İkardi, "Fənərbağça"ya transfer olunan keçmiş komanda yoldaşı Kerem Aktürkoğlu ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım ilə gündəmə gəlib. Ulduz futbolçu paylaşımında rəqib klubun ulduz sayına eyham vuraraq: "Hələ 4 ulduz qazana bilməyiblər, amma 5 ulduzla öyünürlər" sözlərini yazıb.

"Fənərbağça" rəsmi açıqlama ilə Kerem Aktürkoğlunun "Benfika"dan 4 illik müqavilə ilə transfer edildiyini elan edib. Klubdan verilən açıqlamada:

"Klubumuz, milli futbolçu Kerem Aktürkoğlunun daimi transferi üçün Portuqaliyanın 'Benfika' klubu ilə razılığa gəlib. 26 yaşlı cinah oyunçusu, 4 illik müqavilə ilə sarı-lacivərd rənglərə bağlandı" - deyə bildirilib.

Transferin açıqlanmasından qısa müddət sonra Mauro İkardinin sosial şəbəkədəki paylaşımı azarkeşlər arasında böyük müzakirələrə səbəb olub. 

Lalə Qüdrətova
Milli.Az