Məşhur restoran şəbəkəsi ilə beynəlxalq səviyyədə tanınan CZN Burak bu dəfə lüks avtomobil alışı ilə gündəmə gəlib. Keçmişdə bir məhkəmə prosesində aylıq gəlirini "30 min TL" olaraq açıqlayan tanınmış aşpaz Burak Özdemir, etdiyi bahalı yatırımlarla müzakirələrin mərkəzinə düşüb.
Məlumata görə, məşhur şef son olaraq aktyor Burak Özçivitin satışa çıxardığı lüks Mercedes avtomobilini alıb. 14 milyon lirə dəyərində olan bu avtomobil, Özdemirin kolleksiyasına əlavə olunan ən qiymətli parçalarından biri olub.
Özdemirin son dövrdəki yatırımları təkcə bununla bitmir. Bir neçə ay əvvəl Nişantaşı Teşvikiye məhəlləsində təxminən 4 milyon dollara dubleks mənzil alan tanınmış sima, indi də lüks avtomobil alış-verişi ilə gündəmə gəlib. Onun "30 min TL" gəlir bəyannaməsi ilə milyonluq yatırımları arasındakı ziddiyyət isə ictimaiyyətdə müzakirələri yenidən alovlandırıb.
Lalə Qüdrətova
Milli.Az