Türkiyəni dayandıra bilən YOXDU: 4-cü qələbə

1 Sentyabr 2025 17:54

Kişi basketbolçuları arasında Avropa çempionatında IV turun oyunları davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  A qrupunda daha əvvəl 1\8 finala vəsiqəni təmin edən Türkiyə seçməsi Estoniya ilə qarşılaşıb. Görüş "ay-ulduzlular"ın 84:64 hesablı qələbəsi ilə yekunlaşıb.

Ergin Atamanın başçılıq etdiyi kollektiv bundan əvvəl Latviyanı 93:73, Çexiyanı 92:78 və Portuqaliyanı 95:54 hesabı ilə üstələyib.

Bu gün B qrupunda İsveç və Monteneqro yığmaları üz-üzə gəlib. Qarşılaşma Monteneqro millisinin qələbəsi ilə başa çatıb - 87:81.

Qeyd edək ki, Avropa çempionatına Kipr, Finlandiya, Polşa və Latviya ev sahibliyi edir. Turnirə sentyabrın 14-də yekun vurulacaq.

Milli.Az