"Yox" cavabı alan bloger sevdiyi xanımı hamının gözü önündə DÖYDÜ - VİDEO

1 Sentyabr 2025 17:02

Rusiyalı blogerin evlilik təklifi gözlədiyi kimi nəticələnməyib.

Milli.Az xəbər verir ki, o, sevgilisinə restoranların birində evlilik təklifi etsə də, qız "yox" cavabı verib.

Bu anlar isə obyektin müşahidə kamerasına yansıyıb.

Hadisədən sonra blogerin emosiyalarına hakim ola bilmədiyi görünür. Onun bu görüntüləri sosial şəbəkədə yayılıb və izləyicilər tərəfindən birmənalı şiddətlə qınanılıb.

Qısa müddətdə blogerin 50 minə yaxın izləyicisi onu izləmədən çıxarıb.

Hüseyn 
Milli.Az